گئرچك اؤیرتمنلردن عؤذور دیلهیهرك...
پاراكراسی
دوكتور جئری
اۇستاد فرهیخته، اوْغلۇ هۆشنگین كارنامهسینی بیزه گؤستهرهرك جوْشقۇلاندی:
- باخین نؤمرهلرینین هامیسی ییرمی اوْلۇب!.. من دئییردیم: بیز، آییق-ساییق نابیغه آریا سوْیۇندانیق سیز اینانمیردینیز؛ دئییردینیز: آریا سوْیۇ اۇیدۇرمادیر...
اۇستاد دفتری پرت اوْلدۇ:
- هۆشنگین ییرمی آلماسینین نه ایلگیسی وار آریا سوْیۇندان گلمهیه.. نابیغه اولماغا.. چوْخلاری كیمی اوْخۇیۇب ییرمی آلیبدیر دا. اوْلمایا كیم ییرمی آلیرسا آریا سوْیۇنداندیر؟!..
اۇستاد فرهیخته قاشلارینی چاتدی:
- یوْوْ...خ كیم اوْخۇیۇب ییرمی آلیرسا هۆشلۆ-باشلی آریا سوْیۇندان دئییل. بیزیم هۆشنگ اوْخومامیش ییرمی آلیر!.. هۆشنگ كیتابلارینین قاتینی آچمیر، سحردن آخشاماجاندا یوْلداشلاری ایله گزیب اگلنمكدهدیر... سانیرام آرا-سیرا كیلاسا گئدنده اؤیرتمنلرینین سؤزلرینی گؤیده قاپدیغینداندیر نؤمرهلری ییرمی اوْلۇر. آخی نابیغهدیر، آریا سوْیۇنداندیر!...
الیمی دیزیمه چالیب بركدن قاققاناق چكدیم. اۇستاد فرهیخته ترس-ترس منه باخدی.
- ائله باخمایین منه!-دئدیم- ایندی نۆمره آلماق قدیمكیلر كیمی چتین دئییل!...
اۇستاد فرهیخته دوْداقلارینی بۆزدۆ:
- اوْلمایا ایندی نۆمره پایلاییرلار؟!
- یوْخ نۆمره پایلامیرلار، نؤمره ساتیرلار!
- نه ساتیشی، نه آلیشی؟!!
- ایندی بعضی اۇشاقلار درس اوْخۇماق یئرینه، مشدی عیباد دئمیشلی؛ بئش اوْن ماناتدان گئچیب نؤمره آلیرلار. اؤرنگی بیزیم باجیاوْغلو.. دۆشدۆگۆ اۆچ درس بیلهسینه بئش یۆز مینه باخیب.
اۇستاد فرهیختهنین پۆشكۆ اؤلدۆ. اۇستاد دفتری، فرهیختهنی آلتدان- آلتدان سۆزهرك سوْرۇشدۇ:
- بئله ایسه بۇنلار نئجه بیلیم یۇردونا گئدهجكلر؟
- هئچچ.. بئش اوْن ماناتدان گئچیب پۇللۇ بیلیم یۇردلارینا گیرهجكلر!
- مدركلرینه كیم ایش وئرهجك؟!
- یئنه بئش اوْن ماناتدان گئچیب ایشهده سوْخۇلاجاقلار!
- ایشلرینده بیر پوْخ چیخارسالار نه اوْلاجاقدیر؟
- هئچ ؛ بئش اوْن ماناتدان گئچیب پوْخۇن اۆستۆنۆ اؤرتهجكلر!
....
Ustad fərhixtə, oğlu hüşəngin karnaməsini bizə göstərərək coşqulandı:
- baxın nömrələrinin hamısı yirmi olub!.. mən deyirdim: biz, ayıq-sayıq, nabiğə arya soyundanıq siz inanmırdınız; deyirdiniz: arya soyu uydurmadır...
ustad dəfətəri pərt oldu:
- hüşəngin yirmi almasının nə ilgisi var arya soyundan gəlməyə.. nabiğə olmağa.. çoxları kimi oxuyub yirmi alıbdır da. olmaya kim yirmi alırsa arya soyundandır?!..
ustad fərhixtə qaşlarını çatdı:
- yoo...x kim oxuyub yirmi alırsa hüşlü-başlı arya soyundan deyil. bizim hüşəng oxumamış yirmi alır!.. hüşəng kitablarının qatını açmır, səhərdən axşamacanda yoldaşları ilə gəzib əyəlnəməkdədir... sanıram ara-sıra kilasa gedəndə öyərtəmənlərinin sözlərini göydə qapdığındandır nömrələri yirmi olur. axı nabiğədir, arya soyundandır!...
əlimi dizimə çalıb bərkdən qaqqanaq çəkədim. ustad fərhixtə tərs-tərs mənə baxdı.
- elə baxmayın mənə!-dedim- indi nömrə almaq qədimkilər kimi çətin deyil!...
ustad fərhixtə dodaqlarını büzdü:
- olmaya indi nömrə paylayırlar?!
- yox nömrə paylamırlar, nömərə satırlar!
- nə satışı, nə alışı?!!
- indi bəzi uşaqlar dərs oxumaq yerinə, məşədi ibad demişli; beş on manatdan geçib nömrə alırlar. örnəyi bizim bacıoğlu.. düşdüyü üç dərs biləsinə beş yüz minə baxıb.
ustad fərhixtənin püşkü öldü. ustad dəftəri, fərhixtəni altdan- altdan süzərək soruşdu:
- belə isə bunlar necə bilim yurduna gedəcəklər?
- heçç.. beş on manatdan geçib pullu bilim yurdlarına girəcəklər!
- bunların mədərkəlrinə kim iş verəcək?!
- yenə beş on manatdan geçib işədə soxulacaqlar!
- işlərində bir pox çıxarsalar nə olacaqdır?
- Heç ; beş on manatdan geçib poxun üstünü örtəcəklər!
....
بؤلوم: حیكایه و گولمهجهلر