دیلسیز پایێز
دوکتور جئری
آلتمێش سککیز پایێز کئچیر مین اۆچ یۆز پیشهوریدن. اوْخۇل سیس ایچیندهدیر... زنگ چالێنێر...
اؤیرتمن کیلاسا گیریر. صینیف باشێ الینی ماسایا تاپدایێر:
- قالخێن!
اؤیرتمن باشێ ایله ایشاره ائدیر. یئنه ماسا تاپدانێر:
- اوْتۇرۇن!
صینیفباشێ اۇجا- اۇجا اوْخۇیۇر:
- فارسی
- حاضێر..
- دینی
- حاضێر..
- ریاضی
- حاضێر..
- آنا دیلی
- ...
- آنا دیلی
- ...
اؤیرتمن باشێنێ قالدێرێر، گؤزلری چیسکینلیدیر:
- آنا دیلینی دفتردن پوْزۇن... بو ایلده قویمادێلار مدرسهیه گلسین...
Dilsiz payız
Dr.Jery
Altmış səkkiz payız keçir min üç yüz Pişəvəridən. oxul sis içindədir... zəng çalınır...
Öyrətmən kilasa girir. Sinif başı əlini masaya tapdayır:
- qalxın!
Öyrətmən başı ilə işarə edir. yenə masa tapdanır:
- oturun!
Sinif başı uca- uca oxuyur:
- Farsi
- hazır..
- Dini
- hazır..
- Riyazi
- hazır..
- Ana dili
- ...
- Ana dili
- ...
Öyrətmən başını qaldırır… gözləri çiskinlidir:
- Ana dilini dəftərdən pozun... Bu ildə qoymadılar mədrəsəyə gəlsin...
بؤلوم: حیكایه و گولمهجهلر