خبرین یوْخدۇر!
دوكتور جئری
اسكیلر، دؤولت قۇللۇقچۇلارێ ایشه آلێناندا، ائولرینده یئره بیر كۆپه قویلایێب دوْلاناجان رۆشوت آلێب پۇل آشێراردێلار. روایتلرده گلیب؛ خالق آشێرقان بیر قاضینین الیندن حاكیمه شیكایت ائلهییرلر. قاضی گؤرهویندن اۇزاقلاشدێرێلێر. اوْ كۆپهسێنی یوْخلایاركن اؤز- اؤزونه دئییر:
- نه دؤزۆمسۆز خالقدیر بۇ خالق! منیم كۆپهم دوْلمۇشدۇ، آرتێق بۇندان بئله اوْنلارا ایشلهیهجكدیم. ایندی مجبوردورلار یئنی قاضینین كۆپهسینی اوّلدن دوْلدۇرسۇنلار!
*
اسكیلرده، دؤولت قوللوقچولاری كۆپهلری دوْلاناجان رۆشوت یئییب پۇل آشێرێردیلارسا؛ بو گۆنكۆ بعضی قۇللۇقچۇلارێن كۆپهلرینین دیبی یوْخدۇر سانكی؛ یئییب آشێرماقدان دوْیمۇرلار؛ عئینی بیزیم پروْفئسوْر نصرالدین كیمی.
جۇما آخشامی، اۇستاد دفترینین عمهسینین اؤلۆمۆنۆن ایل دؤنۆمۆ ایدی. بیزیده ناهارا چاغێرمێشدێ. هامێ دوْیۇب، یئمكدن ال چكسهده پروْفئسوْر نصرالدین باشینێ آشاغێ سالێب الینه كئچهنی ایچری اؤتۆرمكده ایدی. موْللا فرضعلی سۆفرهنین دۇعاسێنی اوْخۇیۇب اكیلمك ایستهییردی آنجاق پروْفئسوْرون یئدیگینی آنلایێنجا یئرینده قێورێلێب آچێلێردێ. پروْفئسوْرۇن دوْیماسێنێن اۇزۇنا چكدیگینی گؤرۆنجه یاواشجا بیلهسینی دۆمسۆكلهییب دئدیم:
- أشی .. بیر آز اؤزونو ترپت؛ بلكه دوْیمۇشسان خبرین یوْخدور؟!...
Xəbərin yoxdur!
Yazan: Dr.Jery
Əskilər, dövlət qulluqçuları işə alınanda, evlərində yerə bir küpə quylayıb dolanacan rüşvət alıb pul aşırardılar. rəvaytlərdə gəlib; xalq aşırqan bir qazının əlindən hakimə şıkayət eləyirlər. qazı görəvindən uzaqlaşdırılır. o küpəsını yoxlayarkən öz- özünə deyir:
- nə dözümsüz xalqdır bu xalq! mənim küpəm dolmuşdu, artıq bundan belə onlara işələyəcəkədim. indi məcburdurlar yeni qazının küpəsini əvvəldən doldursunlar!
*
Əskilərdə, dövəlt qulluqçuları küpələri dolanacan rüşüt yeyib pul aşırırdılarsa; bu günkü bəzi qulluqçuların küpələrinin dibi yoxdur sanki; yeyib aşırmaqdan doymurlar; eyni bizim professor Nəsrəddin kimi.
Cuma axşamı, Ustad Dəftərinin əmməsinin ölümünün il dönümü idi. bizidə nahara çağırmışdı. hamı doyub, yeməkdən əl çəksədə professor Nəsrəddin başını aşağı salıb əlinə keçəni içəri ötürməkdə idi. Molla Fərzəli süfrənin duasını oxuyub əkilmək istəyirdi ancaq professorun yediyini anlayınca yerində qıvrılıb açılırdı. professorun doymasının uzuna çəkədiyini görüncə yavaşca biləsini dümsükləyib dedim:
- Əşi .. Bir az özünü tərpət; bəlkə doymuşsan xəbərin yoxdur?!...
بؤلوم: حیكایه و گولمهجهلر