دانلود کیبورد مخصوص ترکی آذربایجانی (عربی)
کیمدن اؤیرهنیبسن؟!
دوکتور جئری
گون اورتا چاغی سود آلماغا کوچه دوکانینا گئتمیشدیم. هاشیم باققال اوْن- اوْن ایکی یاشلاریندا بیر اوغلانین یاخاسیندان یاپیشیب سیلکهلهییردی:
- دئ گؤروم کیمین اوغلوسان؟.. ائویز هاردادیر؟..
اوغلانجیق تیر- تیر تیترهیهرک یالواریردی:
- آنلامامیشام هاشم آغا!..پوخ یئمیشم!.. سن آللاه بوراخ گئدیم!..
آرایا کئچدیم:
- هاشیم آغا!.. هاشیم آغا.. نولوب؟ - دئیه سوروشدوم.
هاشیم آغا اؤزونه گلدی:
- نئچه گون ایدی ایچریده دوموک اولاندا، ائشیگه قویدوغوم وسایل یوخ اولوردو. بو گون گؤز قویدوم؛ سونوندا اوغرونو پوفک اوغورلاییب اکیلنده یاخالادیم!..
اوغلانین اگین- آیاغیندا باهالی پالتار باشماقلار وار ایدی. اوغرولارا اوخشامیردی هئچ!..
یاخاسینی هاشیم آغانین الیندن چیخارتماغا چالیشاراق:
- هاشیم آغا!..بوراخ گئتسین.. اوشاقدیر، آنلاماییب بیرداها بو ایشلردن گؤرمز..- دئدیم.
اؤفکهلندی شاپالاغین قوْوزاییب اوغلانی وورماق ایستهدی:
- یوخ!! من گرهک بیلم بو کیمین اوغلودور؟..نییه اوغورلوق ائلهییر؟!
اوغلان آغلاماق اوزره ایدی. یازیق- یازیق منه باخیردی.
- هاشیم آغا! گوج - زور ایله اولماز. قوی من اؤزوم سوروشوم.- دئدیم.
اوغلانین یاخاسینی بوشلادی. یوموشاق- یوموشاق بیلهسینی دیله توتدوم:
- اوغلوم!.. بابان وزیردیر؟!..
اوشاق میزیلدادی:
- یوخ!
- بابان وکیل دیر؟
- یوخ!
- بابان قاضی دیر؟
- یوخ!
آرتیق چاشیردیم:
- بئله ایسه اوغورلوغو کیمدن اؤیرنیبسن؟
Kimdən öyrənibsən?!
Dr.Jery
Günorta çağı süd almağa küçə dükanına getmişdim. Haşım baqqal on oniki yaşlarında bir oğlanın yaxasından yapışıb silkələyirdi:
- De görüm kimin oğlusan?.. Eviz hardadır?..
Oğlancıq tir- tir titrəyərək yalvarırdı:
- Anlamamışam Haşm ağa!..Pox yemişəm!.. Sən Allah burax gedim!..
araya keçədim:
- Haşım ağa!.. Haşım ağa.. nolub? - deyə soruşdum.
Haşım ağa özünə gəldi:
- Neçə gün idi içəridə dümük olanda, eşiyə qoyduğu m vəsail yox olurdu. bu gün göz qoydum; sonunda oğrunu püfək oğurlayıb əkilndə yaxaladım!..
Oğlanın əyin- ayağında bahalı paltar başmaqlar var idi. oğrulara oxşamırdı heç!..
Yaxasını Haşım ağanın əlindən çıxartmağa çalışaraq:
- Haşım ağa!..burax getsin.. uşaqdır, anlamayıb bir daha bu işlərdən görməz..- dedim.
Öfəkəlnədi şapalağın qovzayıb oğlanı vurmaq istədi:
- Yox!! mən gərək biləm bu kimin oğludur?..Niyə oğurluq eləyir?!
Oğlan ağlamaq üzrə idi. Yazıq- yazıq mənə baxırdı.
- Haşım ağa! güc - zor ilə olmaz. Qoy mən özüm soruşum.- dedim.
Oğlanın yaxasını boşladı. Yumuşaq- yumuşaq biləsini dilə tutdum:
- Oğlum!.. baban vəzirdir?!..
Uşaq mızıldadı:
- Yox!
- baban vəkildir?
- Yox!
- baban qazıdır?
- Yox!
Artıq çaşırdım:
- Belə isə oğurluğu kimdən öyrənibsən?
بؤلوم: حیكایه و گولمهجهلر