نماینده محبوب!
دوکتور جئری
بعضی مسئوللار سولطانعلینین آروادیکیمی اؤزلرینه چوخ آرخاییندیرلار؛ ائله سانیرلار خالق اونلاری سئویر، گونده قوربانلاری اولور!!...
گولمهجه:
سولطانعلینین آروادی قوتور خججه قونشو آروادلارینا دانیشیردی:
- اریم منی چوخ سئویر. گونده سحر ایشه گئدنده من یوخودا ایکن اوزومو اؤپور!
آروادلار بو سؤزه اینانماییب سوروشورلار:
- سن یوخودا ایکن هارادان بیلیرسن اوزونو اؤپور؟!
- آخی اویاندیقدا گؤرورم اوزوم یاشدی...
*
سولطانعلی سحر پالتارلارینی گئیینه-گئینه دیوارا یاپیشدیریلمیش "سیبل جان"-نین عکسینه باخیب یئنه دئییندی:
- آللاه جلالینا چوخ شوکور! هامینین آروادی وار بیزیم ده آروادیمیز وار!!
سونرا دؤنوب یاتاقدا خورولدایان قوتور خججهنین اوزونه بیر باتمان توپوروب ائودن چیخدی.
Nemayənde-yi məhbub!
Dr.Jery
Bəzi məsullar Sultanəlinin arvadı kimi özlərinə çox arxayındırlar, elə sanırlar xalq onları ürəkdən sevir, gündə qurbanları olur!...
Gülməcə:
Sultanəlinin arvadı qotur xəccə qonşu arvadlarına danışırdı:
- Ərim məni çox sevir; gündə səhər işə gedəndə, mən yuxuda ikən üzumdən öpür!
Arvadlar bu sözə inanmayıb soruşurlar:
- Sən yuxuda ikən haradan bilirsən üzünü öpür?!
- Axı oyandıqda görürəm üzüm yaşdı!
*
Sultanəli səhər paltarlarını geyinə- geyinə divara yapışdırılmış SİBƏLCANın əksinə baxıb yenə deyindi:
- Allah cəlalına çox sükür! Hamının arvadı var bizimdə arvadımız var!!
Sonra dönüb yataqda xoruldayan qotur xəccənin üzünə bir batman tüpürüb evdən çıxdı.
بؤلوم: حیكایه و گولمهجهلر