ایتین یئددی جانی وار شووینیستلرین سککیز
دوکتور جئری
اوستاد دفتری تورک میلّتینه ائدیلن تحقیرلری قینایاراق دئدی:
- گؤرهسن اؤلکهده فارس شوونیزمین تمل داشینی قویان فروغیلر، کسرویلر، شیخالاسلامیلر، افشارلار... ایندی جهنّمده نه قایییرلار؟!
- اونلار جهنّمده دئییللر کی؟!- دئدیم.
چاشیردی:
- جهنّمده دئییللر؟!... اولمایا گؤردوکلری یاخشی ایشلردن یانا جنّتده دیرلر؟!
- یوووخ!..جنّتده ده دئییللر!
- آآآهاا.. آنلادیم برزخده دیرلر..
باشیمی توْولادیم:
- یوخ.. اورادا دا دئییللر..
اوستاد آرتیق قاریشدیرماقدا ایدی:
- دئیه بیلرسن بو درینه باتمیشلار ایندی هارادادیرلار؟!
- ایراندا، شووینیستلر اؤلونجه، تئز اونلاری "بازیافت" ائلهییب تزه شووینیست دوزلدیرلر. دؤرد دؤورهنه بیر باخ!...
İtin yeddi can var şovinsistlərin səkkiz
Dr.Jery
Ustad Dəftəri Türk millətinə olan təhqirləri qınayaraq dedi:
- Görəsən ölkədə Fars şovinizminin təməl daşını qoyan Furuğilər, Kəsrəvilər, Şeyxolislamilər, Əfşarlar... indi cəhənnəmdə nə qayırırlar?!
- Onlar cəhənnəmdə deyillər ki! - dedim.
Çaşırdı:
- Cəhənnəmdə deyilər?!.. Olmaya gördükləri yaxşı işlərdən yana cənnətdədirlər?!
- Yooox.. cənnətdə də deyillər!
- Aaahaa...anladım bərzəxdədirlər...
Başımı tovladım:
-Yox, orada da dəyillər..
Ustad artıq qarışdırmada idi:
- Deyə bilərsən bu dərinə batmışlar indi hardadırlar?!
- İranda, şovinistlər ölüncə, tez onları "BAZYAFT" eləyib təzə şovinist düzəldirlər, dörd dövrənə bir bax!
BAZYAFT: yenindən dönüşdürmə
بؤلوم: حیكایه و گولمهجهلر