دوکتور جئری
ساتاشما ادبیاتی
گؤروش‌لر : 0
تاريخ : جمعه 27 آذر 1394 | یازار : دوکتور جئری
+0 به‌ین

اوستونه چیخمامیشام!

دوکتور جئری

     دونن سویوق-سازاقدان تئیمور آغانین قهوه‌خاناسینا قیسیلمیشدیم. دئمک اولار؛ تئیمور آغا شهرده هامینی تانییر جیک- یؤکونه تانیشدیر. بو اوزدن بیله‌سیندن سوروشدوم:

- تئیمور آغا!.. محرمعلی داناباش‌زاده‌نی  تانیییرسان؟!

- دیلغیر ماحمودون اوغلونو دئییرسن؟!

- هه.. اؤزودور..

- نئجه به‌یم؟!...سندن بورج-مورج آلیب؟...

- یوووخ.. مجلیس سئچکیلرینه آدای اولوب، ایسته‌ییرم بیلم نئجه آدامدیر، یاخشیدیر؟!..پیسدیر؟!..

تئیمور آغا  بیر آز دوشونجه‌یه دالدیقدان سونرا دئدی:

- واللاه هله اوستونه چیخمامیشام!

بو یانیتدان پرت اولدوم:

- تئیمور آغا پیسدیر...عاییبدیر... بو نه سؤزدور دئییرسن؟!!..

تئیمور آغا ائله قاققاناق چکدی بوتون قهوه‌خاناداکی موشتریلر بیزه دؤندولر. سونرا گوله- گوله:

- نییه پیس اولسون اوغلوم!.. بودا آداملاری تانیماق اوچون بیر یولدوردا.. سن گره‌ک بیله‌سن کیمه سس وئریرسن!!...- دئییب آرتیردی:

- ییرمی،  ییرمی بئش ایل بوندان قاباق...اوندا هله قهوه‌خانانی آچمامیشدیم؛ فهله‌لیک ائدیردیم.. بیر گون ناشتاولیق یئینده، آللاه رحمت ائله‌سین بیر میرت‌باز بنّامیز وار ایدی،  بیزدن سوروشدو: ایندییه‌دک کیم دده-ننه‌سی‌نین اوستونه چیخیب، الینی قووزاسین؟ یئددی- سککیز نفر ایدیک هامیمیز الیمیزی قووزادیق! آنجاق علی قره آدلی بیر یولداشیمیز وار ایدی او ایکی الینی قووزادی. بنا چاشقین- چاشقین علی قره‌یه دؤندو : قره سن نییه ایکی الینی قووزامیسان؟! علی قره هیرنایا- هیرنایا دئدی: آخی من قایناتا- قاینانامین اوستونه‌ده چیخمیشام!

 

Üstünə çıxmamışam!

Dr.Jery

    Dünən soyuq-sazaqdan Teymur ağanın qəhvəxanasına qısılmışdım. demək olar; Teymur ağa şəhərdə hamını tanır, cik- bökünə tanışdır. Bu üzdən biləsindən soruşdum:

- Teymur ağa!.. Məhərrməli danabaşzadəni tanıyırsan?!

- Dılğır Mahmudun oğlunu deyirsən?!

- Hə.. özüdür..

- Necə bəyəm?!...Səndən borc-morc alıb?...

- Yooox.. məclis seçkilərinə aday olub, istəyirəm bilim necə adamdır, yaxşıdır?!..pisdir?!..

Teymur ağa bir az düşüncəyə daldıqdan sonra dedi:

- Vallah hələ üstünə çıxmamışam!

Bu yanıtdan pərt oldum:

- Teymur ağa pisdir… ayıbdır.. bu nə sözdür deyirsən!!..

Teymur ağa elə qaqqanaq çəkədi bütün qəhvəxanadaki müştərilər bizə döndülər. Sonra gülə- gülə:

- Niyə pis olsun oğlum!.. buda adamları tanımaq üçün bir yoldurda.. sən gərək biləsən kimə səs verirsən!!...- deyib artırdı:

- Yirmi, yirmi beş il bundan qabaq...onda hələ qəhvəxananı açmamışdım; fəhləlik edirdim.. bir gün naştavlıq yeyəndə, Allah rəhmət eləsin bir mırtbaz bənnamız var idi, bizdən soruşdu: indiyədək kim dədə-nənəsinin üstünə çıxıb əlini qovzasın? yeddi- səkkiz nəfər idik hamımız əlimizi qovzadıq! ancaq Əli qərə adlı bir yoldaşımız var idi o iki əlini qovzadı. Bənna çaşqın- çaşqın Əli qərəyə döndü : Qərə sən niyə iki əlini qovzamısan?! Əli qərə hırnaya- hırnaya dedi: Axı mən qaynata- qaynanamın üstünədə çıxmışam!





    بؤلوم: حیكایه و گولمه‌جه‌لر
آرشیو
سون یازی‌لار
یولداش‌لار
سایغاج
ایندی بلاقدا : نفر
بوگونون گؤروشو : نفر
دونه‌نین گؤروشو : نفر
بوتون گؤروش‌لر : نفر
بو آیین گؤروشو : نفر
باخیش‌لار :
یازی‌لار :
یئنیلنمه چاغی :