ایسلام الدن گئتدی!
دوکتور جئری
شئیخیمیز مسجیدده باغیر- باغیر باغیریردی:
- آییی.. موسلمانلار! دین الدن گئتدی.. ایمان الدن گئتدی.. ایسلام الدن گئتدی...
جاماعات تدیرگین- تدیرگین بیر بیرینین اوزونه باخیب دئییشدیلر:
- نولوب؟!..نولوب؟!...
شئیخیمیز ایکی الینی باشینا تاپدادی:
- نه اولاجاق .. قیز- گلینلرینیز بولوز-شالوارلا کوچه- بازاردا دولانیرلار!
هامی سوسوب باشینی آشاغی سالدی.
مینبرین دیبیندن قلئیچی مورتوض سسلندی:
- آغا!.. سنین قیزیندا بولوز-شالوارلا گزیر!!
شئیخیمیز یوموشاندی:
- آدامین آللاهی وار، منیم قیزیما یاراشیر آخییی...
İslam əldən getdi!
Dr.Jery
Şeyximiz məsciddə bağır- bağır bağırırdı:
- Ayyy.. müsəlmanlar! din əldən getdi.. iman əldən getdi.. islam əldən getdi...
Camaat tədirgin- tədirgin bir birinin üzünə baxıb deyişdilər:
- Nolub?!..nolub?!...
Şeyximiz iki əlini başına tapdadı:
- Nə olacaq .. qız- gəlinləriniz buluz-şalvarla küçə- bazarda dolanırlar!
Hamı susub başını aşağı saldı.
Minbərin dibindən Qəleyçi murtuz səsləndi:
- Ağa!.. sənin qızında buluz-şalvarla gəzir!!
Şeyximiz yumuşandı:
- Adamın Allahı var, mənim qızıma yaraşır axııı...
بؤلوم: حیكایه و گولمهجهلر