دوکتور جئری
ساتاشما ادبیاتی
گؤروش‌لر : 0
تاريخ : جمعه 2 بهمن 1394 | یازار : دوکتور جئری
+0 به‌ین

کیم دئییر ایش یوخدور؟!

دوکتور جئری

     شئیخیمیز  هر گون نامازدان سونرا، اوچ-دؤرد دقیقه گوندمده اولان قونولارا گؤره دانیشار، جاماعاتی موعیظه ائدر. دونن آخشام اوندان ریجا ائتدیم؛ بیرآز روشوتخورلوغو گؤره دانیشیب روشوتخورلاری قیناسین. شئیخیمیز قاشلارینی چاتاراق:

- اینشاالله بوحاقدا صاباح دانیشارام بوگون ایسته‌ییرم ایشسیزلیگه گؤره دانیشام...- دئدی.

من ایستگیمین اوستونده آیاق دیره‌ییب دئدیم:

- آغا! آخی بوگون ناماز قیلانلارین آراسیندا أیری بوروق ایداره‌سی‌نین رئیسی ده گؤرونور!

شئیخیمیز دوداقلارینی بوزدو:

- نه دخلی وار؟!...

باشیمی آشاغی سالیب:

- آغا! غئیبت اولماسین.. دئییرلر؛ رئیس خالقی باشدا دولاندیریر، روشوتسیز ایشی یولا سالمیر... سیز بو حاقدا قونوشسانیز بلکه اثر قویوب بو ایشدن ال چکه...- دئیه یانیت وئردیم.

شئیخیمیز ساققالینی تومارلایا-تومارلایا:

- اولماز.. صاباح دانیشیم؟...- دئدی.

- یوخ آغا! رئیس آیامدا- سایامدا بو مسجیده گلر.. ایندی یاخشی گیره‌وه دیر...

شئیخیمیز بیر آز دوشونجه‌یه دالدیقدان سونرا:

- اوغلوم!... رییا اولماسین... من عالیمی بی عمل دئییلم... دوزونو ایسته‌سن من اؤزوم بوگون روشوت یئمیشم بونا گؤره ائله‌یه بیلمه‌رم آیریلارینی روشوت یئمه‌مگه چاغیرام... رطب خورده کی کند منع رطب..- دئییب مینبره چیخدی:

- ائی جاماعات!.. بو گون جاوانلاریمیز ائولنمکدن، عایله قورماقدان بویون قاچیریرلار. سببینی سوروشاندا دا دئییرلر: آغا ایش یوخدور. بیز هانسی پول ایله ائوله‌نک؟...

ائی جاماعات! بیلین بونلار، یالان دانیشیرلار. ایش وار!..یاخشیسی دا وار! آنجاق تنبل‌لیک، عارسیزلیق، غئیرت‌سیزلیک قویمور بونلار ایش دالیسیجا گئدیب ایشله‌سینلر... کیم دئییر ایش یوخدور گلسین منیم دامداریمدا سحردن آخشاماجان ایشله‌سین، آخشامدا ییرمی مین تومن آلیب آپارسین عایله‌سینی دولاندیرسین!...

جاماعات بیر-بیری‌نین اوزونه باخیب میزیلدیشماغا باشلایینجا مینبرین قاباغیندا اوتورموش قلئیچی مورتوض برکدن قیشقیردی:

- تکبیر

- الله اکبر... الله اکبر...

 

kım deyyr iş yuxdur?!

Dr.Jery

     Şeyximiz hər gün namazdan sonra, üç-dörd dəqiqə gündəmdə olan qonulara görə danışar, camaatı möizə edər. dünən axşam ondan rica etdim; biraz rüşvəxorluğa görə danışıb rüşvətxorları qınasın. Şeyximiz qaşlarını çataraq:

- İnşallah bu haqda sabah danışaram bu gün istəyirəm işsizliyə görə danışam...- dedi.

    Mən istəyimin üstündə ayaq dirəyib dedim:

- Ağa! axı bu gün namaz qılanların arasında əyiriburuq idarəsinin rəisi də görünür!

    Şeyximiz dodaqlarını buzdu:

- Nə dəxli var?!...

    Başımı aşağı salıb:

- Ağa! qeybət olmasın.. deyirlər; rəis xalqı başda dolandırır, rüşvətsiz işi yola salmır... siz bu haqda qonuşsanız bəlkə əsər qoyub bu işdən əl çəkə...- deyə yanıt verdim.

     Şeyximiz saqqalını tumarlaya-tumarlaya:

- Olmaz.. sabah danışım...- dedi.

- Yox ağa! rəis ayamda- sayamda bu məscidə gələr.. indi yaxşı girəvədir...

     Şeyximiz biraz düşüncəyə daldıqdan sonra:

- Oğlum!... riya olmasın... mən alimi biəməl deyiləm... düzünü istəsən mən özüm bu gün rüşvət yemişəm buna görə eləyə bilmərəm ayrılarını rüşvət yeməməyə çağıram... rotob xorde key konəd mənı rotob..- deyib minbərə çıxdı:

- Ey camaat!.. bu gün cavanlarımız evlənməkdən, ailə qurmaqdan boyun qaçırırlar. səbəbini soruşanda da deyirlər: Ağa iş yoxdur. biz hansı pul ilə evlənək?...

Ey camaat! bilin bunlar, yalan danışırlar. iş var!..yaxşısı da var! ancaq tənbəllik, arsızlıq, qeyrətsizlik qoymur bunlar iş dalısıca gedib işləsınlər... kim deyir iş yoxdur gəlsin mənim damdarımda səhərdən axşamacan işləsin, axşamda yirmi min tümən alıb aparsın ailəsini dolandırsın!...

     Camaat bir-birinin üzünə baxıb mızıldışmağa başlayınca minbərin qabağında oturmuş Qəleyçi murtuz bərkdən qışqırdı:

- Təkbir

- Allahü əkbər... Allahü əkbər...





    بؤلوم: حیكایه و گولمه‌جه‌لر
آرشیو
سون یازی‌لار
یولداش‌لار
سایغاج
ایندی بلاقدا : نفر
بوگونون گؤروشو : نفر
دونه‌نین گؤروشو : نفر
بوتون گؤروش‌لر : نفر
بو آیین گؤروشو : نفر
باخیش‌لار :
یازی‌لار :
یئنیلنمه چاغی :